“Yeniyetmə və gənc qızların inkişafına dəstək” proqramı həyata keçirilib

“Yeniyetmə və gənc qızların inkişafına dəstək” proqramı həyata keçirilib Məqsəd Azərbaycanın gənc və yeniyetmə qızlarının təhsil almaq, liderlik və təşkilatçılıq bacarıqlarını artırmaqdır
Sosial müdafiə
15 Sentyabr , 2017 17:18
“Yeniyetmə və gənc qızların inkişafına dəstək” proqramı həyata keçirilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu yay Azərbaycanın gənc və yeniyetmə qızlarının təhsil almaq, liderlik və təşkilatçılıq bacarıqlarını artırmaq məqsədi ilə “Yeniyetmə və Gənc qızların inkişafına dəstək” proqramı həyata keçirilib.

“Report” xəbər verir ki, Human Foundation və AİESEC-nin birgə təşkilatçılığı, ASAN Könüllüləri, “Baku Business Factory”, “Buzovna Asudə vaxt mərkəzi” və “Sumqayıt Reducco təhsil mərkəzi”nin dəstəyi ilə gerçəkləşdirilən proqram 25 iyulda start götürərək eyni vaxtda Bakı, Sumqayıt və Buzovnada altı həftə müddətində davam edib.

Layihə çərçivəsində 75-dən çox gənc qız yerli və Almaniya, Türkiyə, Çin, Gürcüstan, İsveç və Kanadadan gəlmiş beynəlxalq təlimçilər tərəfindən təşkil olunan seminarlarda iştirak etmək şansı əldə ediblər.

Layihənin üçüncü həftəsində - 7-13 avqustda təlimçilərin Gürcüstana səfəri təşkil olunub və Tbilisinin şəhər ətrafı ərazilərində və Kakhetidə yaşayan azərbaycanlı yeniyetmə və gənc qızlar üçün “Maariflənmə və informasiya vasitəsilə erkən nigahı azaltmaq” mövzusunda bir sıra görüşlər keçirilib.

Proqram avqustun 30-u Zirə Mədəniyyət Mərkəzində təşkil olunmuş bağlanış mərasimi ilə başa çatıb.

Qeyd edək ki, “Human Foundation” milliyyət, din və irqdən asılı olmayaraq insan birliyidir və artıq bir ildir ki, fəaliyyət göstərir. HUMAN Foundation müxtəlif qısa və uzun müddətli layihələri (“You Can”, “Life Guide International Mentorship Program”,“Human Art”, “Human İnterfaith”, “Human Deaf Community”, “Human Woman”) uğurla həyata keçirib.

Son xəbərlər

Orphus sistemi