Yaxın aylarda Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır

Yaxın aylarda Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı əksər qurumlar siyahını təqdim edib, emalolunma prosesi başa çatmalıdır.
Sosial müdafiə
11 Mart , 2022 11:56
Yaxın aylarda Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır

Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı əksər qurumlar siyahını təqdim edib, emalolunma prosesi başa çatmalıdır.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

Sədr müavini bildirib ki, yalnız bundan sonra Fond tərəfindən proktiv qaydada ödənişlər həyata keçiriləcək:

“İlin birinci yarısına qədər ödənişlərin verilməsinə başlanılması planlaşdırılır. Siyahılar nə qədər tez təqdim olunsa, ödəniş tarixi də tezləşdirilə bilər.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncama əsasən I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat vəsait ödəniləcək.

Son xəbərlər

Orphus sistemi