Bu günə kimi "YAŞAT" Fondunun hesabına 75 milyon 846,3 min mant vəsait mədaxil olub, 71 milyon 612,3 min manat məbləğində vəsait xərclənib.
"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda fondun büdcəsində 4 milyon 233,9 min manat vəsait var:
"Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 41 milyon 042,3 min manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 1 milyon 347,6 min manat, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 milyon 772,4 min manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 22 milyon 449,9 min manat olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 448, itkinlərin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib".
Fondun rəhbəri vurğulayıb ki, ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 14 744 şəxsi öhdəliyə götürüb.