Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib.
"Report" xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Fonda 73 781 435,79 manat vəsait daxil olub: "Xərclənən vəsaitdən savayı 12 mln manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200.00 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 336 540.51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 339 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub".
E.Hüseynov bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb: "Reallaşmış ödəniş sayı 21 848-dir".