"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib

"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib "YAŞAT" Fondu 2020-2024-cü illər ərzində 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib.
Sosial müdafiə
9 Dekabr , 2024 11:41
YAŞAT Fondu 340 şəhid övladını Neftçili yay düşərgələri layihəsinə cəlb edib
Elvin Hüseynov

"YAŞAT" Fondu 2020-2024-cü illər ərzində 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib.

"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Neftçili yay düşərgələri" layihəsində "Neftçi" futbol klubunun məşqçiləri şəhid övladlarına təlimlər keçir, onların idmana olan marağının daha da artırılmasına töhfə verirlər.

"YAŞAT" Fondu dörd il ərzində "Yay məktəbləri", "Ənənə yay düşərgəsi", "Bilimdən Zəfərə", "İdman düşərgələri" və s. layihələri uğurla başa çatdırıb.

"Yay məktəbləri" layihəsi London, Frankfurt, İstanbul, Antalyanı əhatə edir. Burada ümumi iştirakçı sayı 75 nəfərdir. "Ənənə yay düşərgəsi" 42 nəfəri, "Bilimdən Zəfərə" 326 nəfəri, "İdman düşərgələri" 76 nəfəri əhatə edir", - E.Hüseynov qeyd edib.

Fondun rəhbəri bildirib ki, bu layihələrin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü artırmaq, onlara yeni təcrübələr yaşatmaq, ölkə və yerlər haqqında məlumat verməkdir.

Son xəbərlər

Orphus sistemi