Qazi: "Yaralı hərbçini ərazidən çıxaran zaman özüm də yaralandım"

Qazi: "Yaralı hərbçini ərazidən çıxaran zaman özüm də yaralandım" “Vətən müharibəsi başlayanda mən hərbi xidmətdə idim. Elə ordan kəşfiyyat bölüyünün tərkibində aktiv döyüşlərə qatılmışam”.
Sosial müdafiə
19 İyul , 2022 14:28
Qazi: Yaralı hərbçini ərazidən çıxaran zaman özüm də yaralandım

“Vətən müharibəsi başlayanda mən hərbi xidmətdə idim. Elə oradan kəşfiyyat bölüyünün tərkibində aktiv döyüşlərə qatılmışam”.

Bunu “Report”a açıqlamasında 23 yaşlı Vətən müharibəsi qazisi Elvin Rəsulov deyib.

O bildirib ki, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Daşaltı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib:

“Daşaltıda, Topxana meşəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin minaatandan atılan atəş nəticəsində yaralanmışam. Bizdən arxadan gələn dəstək qrupunun yerini müəyyənləşdirən düşmən onları atəşə tutmuşdu. Bizə tapşırıq verildi ki, yaralıları və şəhidləri döyüş meydanından çıxardıqdan sonra tapşırığın icrasına yollanaq. Elə orada yaralı hərbçini çiynimdə ərazidən çıxaran zaman yaralandım. Xoşbəxtlikdən xəsarətim çox ciddi olmadı. Düzü, ayağımı itirmək təhlükəm var idi, amma həkimlərin sayəsində saxlanılmasına qərar verildi. Üç dəfə əməliyyat olunmuşam. Hazırda ayağımda mil var. Sümüyüm zəif olduğu və o günlərdən xatirə qalmasını istədiyim üçün çıxartmaq istəmirəm”.

Elvin Rəsulov III qrup əlildir və müharibədən sonra işlə təmin olunub:

“Mən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Hərbi və idman fakültəsini bitirmişəm. İxtisasım üzrə imtahan verib işə düzəlmək İstəyirdim. İcra başçısı İcra Hakimiyyətində komendant vəzifəsinə iş təklif etdi. Mən də sevindim və qəbul etdim. Hazırda İsmayıllı rayon İcra Hakimiyyətində komendant işləyirəm”.

Son xəbərlər

Orphus sistemi