“Qanunda həm də paytaxtda tikinti sahəsində müəyyən normaların müəyyənləşdirilməsi əks olunmalıdır. Bakının mərkəzində hündürmərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olduğundan, mərkəzlə bağlı qırmızı dairə müəyyənləşə bilər və burada hündür mərtəbəli binaların inşası qadağan edilə bilər. Bununla yanaşı, qanun layihəsində mərkəzdə tikiləcək binaların, mərtəbələrinin sayını göstərmək olar. Hesab edirəm ki, bizim bu sahədə təcrübəmiz var” - deyə, deputat bildirib.
O, həmçinin Bakıdakı avtodayanacaqların sayının artırılmasını da təklif edib: “Eyni zamanda şəhərin sıx olan yerlərində avtodayanacaqların inşası üçün vergi güzəştləri tətbiq olunmalıdır”.