Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Sosial müdafiə
10 İyun , 2023 11:14
Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 34 823 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 4 113 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Yanvar-may aylarında 4670 işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 99 288 şəxsə peşəyönümü xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi