Yanvar ayının pensiyaları tam ödənilib

Yanvar ayının pensiyaları tam ödənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.
Sosial müdafiə
14 Yanvar , 2022 19:32
Yanvar ayının pensiyaları tam ödənilib
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.

Bu barədə "Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Son xəbərlər

Orphus sistemi