Vətən müharibəsi iştirakçılarından 3 700 nəfər işlə təmin edilib

Vətən müharibəsi iştirakçılarından 3 700 nəfər işlə təmin edilib "Ötən dövr ərzində sosial ödənişlər 1 milyard 800 milyon manat artıb"
Sosial müdafiə
183
30 Mart , 2021 17:33
Vətən müharibəsi iştirakçılarından 3 700 nəfər işlə təmin edilib
Sahil Babayev

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xətti olan sosial təminat sistemi daim inkişaf edir. Ötən dövr ərzində sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə artıb. Bu da orta aylıq göstəricilərə çox ciddi təsir edib”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi üç illik dövr ərzində orta aylıq pensiyanın məbləği 60 faiz artıb:

“Ölkə başçısının tapşırığına uyğun olaraq postmüharibə dövründə müharibə iştirakçıları ilə aktiv fəaliyyətimiz davam edir. Artıq 20 mindən çox şəxsi əhatə etmişik. 1 220 reblitasiya vasitəsini bu şəxslərə artıq təqdim etmişik. Məşğulluq proqramlarımız isə 3 700 şəxsi əhatə edib”.

Son xəbərlər

Orphus sistemi