Vəfat edən şəxsin istifadə olunmamış pensiya kapitalı ilə bağlı yenilik

Vəfat edən şəxsin istifadə olunmamış pensiya kapitalı ilə bağlı yenilik Azərbaycanda vəfat edən şəxsin istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Sosial müdafiə
16 Aprel , 2022 21:40
Vəfat edən şəxsin istifadə olunmamış pensiya kapitalı ilə bağlı yenilik

Azərbaycanda vəfat edən şəxsin istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

"Report"un xəbərinə görə, bu "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi