Yuxarı

​Vasif Talıbov Əli Quliyevi Naxçıvanın Dövlət Sosial Müdafiə Fonduna sədr təyin edib

Muxtar Respublikanın Ali Məclisinin sədri bununla bağlı sərəncam imzalayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin olunub. 

"Report"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. 

Sərəncamda bildirilir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Muxtar Respublikanın Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Rüstəm oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi