Yuxarı

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib

Sənədlərin qəbulu aprelin 7-dən 27-nə kimi Komissiya tərəfindən aparılacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 6 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir. Bu barədə "Report"a Komissiyadan məlumat verilib.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda), digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda), azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu aprelin 7-dən 27-nə kimi saat 18:00-dək Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi