Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib Ümumi müsahibəyə çıxarılan vəzifələr Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrindədir
Sosial müdafiə
19 İyul , 2016 14:09
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Statistika Komitəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 80 vakant dövlət qulluğu vəzifənin tutulması məqsədi ilə iyulun 19-da yeni müsabiqə və ümumi müsahibə elan edib.

Komissiyadan "Report"a verilən məlumata görə, vakant vəzifələrdən 75-i müsabiqəyə, 5-i isə ümumi müsahibəyə təqdim olunub.

Müsabiqəyə çıxarılan vəzifələrdən 74-ü (6 vəzifə inzibati vəzifələrin 5-ci, 68 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrində, biri isə (inzibati vəzifələrin 6-cı təsnifatına aiddir) Bakı Ağır Cinayətlər Məhkəməsindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr (1 vəzifə inzibati vəzifələrin 5-ci, 4 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrindədir.

“Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərə dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı üzrə 15 test tapşırığı, qanunvericilik sahəsində 40 test tapşırığı, informasiya texnologiyaları sahəsində 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı təqdim olunacaq.

Ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytının “Dövlət qulluğuna qəbul” bölməsinin “Test imtahanı proqramları” alt bölməsində yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı iyulun 19-dan avqustun 17-i saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini iyulun 19-dan avqustun 8-i saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin iyulun 19-u tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytının “Dövlət qulluğuna qəbul” bölməsinin “Elanlar” alt bölməsində verilib.

Son xəbərlər

Orphus sistemi