Yuxarı

​Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib

Dövlət qulluğu vəzifələrindən 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır

Bakı.11 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 28 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün müsabiqə, 7 dövlət orqanında isə inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir. Komissiyadan "Report"a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə apellyasiya məhkəmə orqanının aparatındadır.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər 100 test tapşırığını yerinə yetirməlidirlər. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsabiqədə müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər bu gündən oktyabrın 12-dək sənədlərini Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini bu gündən sentyabrın 30-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi