​Uşaqlara zərərli vebsaytların əngəllənməsi üçün qanunvericilikdə dəyişiklik olacaq

​Uşaqlara zərərli vebsaytların əngəllənməsi üçün qanunvericilikdə dəyişiklik olacaq Uşaqlar üçün maraqlı olan saytlar isə “Ağ siyahı”ya əlavə olunacaq
Sosial müdafiə
11 Fevral , 2015 20:57
​Uşaqlara zərərli vebsaytların əngəllənməsi üçün qanunvericilikdə dəyişiklik olacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Bu il Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulur.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik vebsaytlar daxil ediləcək.

Bununla yanaşı, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda vebsaytların əngəllənməsi üçün qanunvericilikdə dəyişiklik ediləcək.

Son xəbərlər

Orphus sistemi