Yuxarı

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1204-IVQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Prezident aktlarının “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməsi və həmin qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Qeyd edək ki, Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dövlət başçısı qərara alıb ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005; 2008, № 6, maddə 474, № 7, maddə 602) 8.1-ci maddəsində “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi