Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir.
"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.
Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması ən önəmli məsələlərdən biridir: "Uşaqlara verilən mənəvi cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqli anlayışlardır".
V.Slamanov bildirib ki, Azərbaycanda probasiya sisteminin gücləndirilməsi tövsiyə olunur: "Eyni zamanda 14 yaşdan aşağı olan uşaqların sosial xidmətlərə cəlb edilməsi və preventiv tədbirlərin intensivləşdirilməsi də tövsiyələr sırasındadır".