UNDP Azərbaycanda peşə təhsilinə dəstək verir

UNDP Azərbaycanda peşə təhsilinə dəstək verir BMT İnkişaf Proqramı (UNDP) Azərbaycanda peşə təhsilinin inkişafına böyük diqqət yetirir.
Sosial müdafiə
1 Dekabr , 2021 14:57
UNDP Azərbaycanda peşə təhsilinə dəstək verir

"BMT İnkişaf Proqramı (UNDP) Azərbaycanda peşə təhsilinin inkişafına böyük diqqət yetirir".

Bunu “Report”a UNDP-nin Azərbaycanda rezident nümayəndəsi əvəzi Çaru Bist bildirib.

O deyib ki, biz daha çox oğlan və qızların texniki peşə təhsili almasına yol aça bilərik: "Bu, həm də işə düzəlmək, yüksək qazanc əldə etmək deməkdir. Bu istiqamətdə çalışırıq. UNDP Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir, birgə layihələr bir çox ölkədə həyata keçirilir".

UNDP nümayəndəsi həmçinin koronavirusa qarşı mübarizədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan danışıb: “Biz postpandemiya mərhələsinə dair Azərbaycan hökuməti ilə birgə səhiyyə, təhsil, iqtisadiyat və digər sahələri əhatə edən sosial iqtisadi qiymətləndirmə hesabatı hazırlamışıq. Həmçinin qadınlara zəruri ərzaq yardımları göndərdik. Bununla yanaşı, zorakılığa məruz qalan qadınların lazımi hüquqi və sosial məsləhətlər almasına böyük diqqət yetiririk. Həmçinin qadınları kiçik və orta sahibkarlığa cəlb etməyi də vacib hesab edirik. Bu layihəni İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçiririk”.

Son xəbərlər

Orphus sistemi