Ülvi Mehdiyev: "Elektron Hökumətdə bütün dəyişikliklər müsbətə doğru olacaq"

Ülvi Mehdiyev: "Elektron Hökumətdə bütün dəyişikliklər müsbətə doğru olacaq" Bakı. 5 dekabr. REPORT.AZ/ Çox qısa müddətdə Elektron Hökumət sisteminin fəaliyyətini hər bir vətəndaşımız gündəlik həyatında hiss edəcək. Təbii ki, bütün bu dəyişikliklər müsbətə doğru olacaq.
Sosial müdafiə
5 Dekabr , 2018 16:34
Ülvi Mehdiyev: Elektron Hökumətdə bütün dəyişikliklər müsbətə doğru olacaq
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ "Çox qısa müddətdə Elektron Hökumət sisteminin fəaliyyətini hər bir vətəndaşımız gündəlik həyatında hiss edəcək. Təbii ki, bütün bu dəyişikliklər müsbətə doğru olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Sədrin sözlərinə görə, Elektron Hökumətə keçid prosesi uğurla başa çatıb: "Bu sistem vasitəsilə xidmətlər mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu günə kimi mərkəzləşmə işinin həyata keçirilməməsi bizim görə bilmədiyimiz bir sıra problemlərə gətirib çıxarırdı. Elektron hökumətdə isə vətəndaşlar bütün xidmətləri mərkəzləşmiş qaydada alacaqlar".

Son xəbərlər

Orphus sistemi