Ülvi Mehdiyev: "Bu günə qədər 21 mindən çox gənc "ASAN könüllüləri" kimi fəaliyyət göstərib"

Ülvi Mehdiyev: "Bu günə qədər 21 mindən çox gənc "ASAN könüllüləri" kimi fəaliyyət göstərib" Bu günə qədər 21 mindən çox gənc ASAN könüllüləri kimi fəaliyyət göstərib. Bu könüllülər 550-dən artıq sosial layihə həyata keçiriblər.
Sosial müdafiə
28 Yanvar , 2020 13:01
Ülvi Mehdiyev: Bu günə qədər 21 mindən çox gənc ASAN könüllüləri kimi fəaliyyət göstərib
Report / Elchin Murad

"Bu günə qədər 21 mindən çox gənc "ASAN könüllüləri" kimi fəaliyyət göstərib. Bu könüllülər 550-dən artıq sosial layihə həyata keçiriblər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O, "ASAN kadr"la bağlı məlumat verərək deyib ki, bu, "ASAN"da könüllülük sonradan onların iş tapması üçün platformadır: "Burada həm şirkətlər qeydiyyatdan keçir, həm də iş axtaran könüllülər. "ASAN kadr" sayəsində 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u "ASAN xidmət" mərkəzlərində işlə təmin olunub, digərləri isə ayrı-ayrı özək şirkətlər və dövlət qurumlarında işə götürülüblər".

Agentlik sədri ABAD-ın ən böyük sosial layihələrdən biri olduğunu vurğulayıb: "Bu günə qədər 421 ailə ABAD-a üzv olub. ABAD yalnız müəyyən istehsal qabiliyyəti olan ailələrə istehsal üçün avadanlıqlar verir, onların istehsal etdiyi məhsulları qablaşdırır, brendləşdirir, daşınması və satışını təmin edir. Bu günə qədər ABAD-çılar ABAD vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə ediblər. Bu da xüsusilə aztəminatlı ailələrin sosial rifahının artırılmasında ciddi faktorlardan biridir".

Son xəbərlər

Orphus sistemi