“Üçüncü bahar” layihəsinin bağlanış mərasimi keçirilib

“Üçüncü bahar” layihəsinin bağlanış mərasimi keçirilib Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” yaşlılara dəstək İctimai Birliyinin icra etdiyi sosial layihə artıq yekunlaşıb.
Sosial müdafiə
24 Fevral , 2022 16:13
“Üçüncü bahar” layihəsinin bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” yaşlılara dəstək İctimai Birliyinin icra etdiyi sosial layihə artıq yekunlaşıb.

"Report" xəbər verir ki, layihənin "ZOOM" platforması üzərindən təşkil olunan bağlanış mərasiminə Şamaxı Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi,“Regional İnkişaf” İctimai Birliyi, Kapital Bank ASC, Şamaxı Rayon Ağsaqqallar Şurası və Üçüncü Bahar yaşlılara dəstək İctimai Birliyinin nümayəndələri, həmçinin, Bakı, Mingəçevir və Şamaxı “YAŞA” Mərkəzinin üzvləri, layihə iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, Şamaxı və ətraf bölgələrdə yaşayan yaşlı sakinlərin asudə vaxtının səmərəli təşkili, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə Şamaxı şəhərində “YAŞA” Mərkəzi yaradılıb. 1 ildən artıq vaxtdır ki, fəaliyyət göstərən Mərkəzdə Təbiətsevərlər dərnəyi, Maliyyə savadlılığı təlimləri, “Sağlamlığın qayğısında” təlimləri, Müasir texnologiyalardan istifadə təlimləri, Poeziya saatları, “Mətbəx sirləri” dərnəyi, Yaradıcılıq dərnəyi, “Nəsillərarası dialoq” çərçivəsində mütəmadi olaraq təlimlər, sessiyalar, məşğələlər, görüşlər keçirilib. Ümumilikdə, 248 tədbir təşkil olunub. Bu tədbirlərdə 1403 nəfər şəxs iştirak edib, Mərkəzin aktiv üzvlərinin sayı isə 86 nəfərdir.

Layihə çərçivəsində, həmçinin, Azərbaycanda ilk dəfə olaraq paytaxt və regionlarda yaşlılar üçün festivallar keçirilib.
Tədbirdə Mərkəzin fəaliyyətini əks etdirən videoçarx, həmçinin, Mərkəzin benefiarlarının təəssüratlarını bölüşdükləri videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, hazırda fəaliyyətinə davam edən “YAŞA” Mərkəzinin (Şamaxı) əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002 ve 0557042018 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi