Türkiyənin ailə və sosial xidmətlər naziri DOST Agentliyində olub

Türkiyənin ailə və sosial xidmətlər naziri DOST Agentliyində olub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar.
Sosial müdafiə
20 İyul , 2022 20:22
Türkiyənin ailə və sosial xidmətlər naziri DOST Agentliyində olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar.

"Report" Komitəyə istinadən xəbər verir ki, qonaqlar 1 saylı DOST mərkəzilə tanış edilib, onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanıb.

Sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Sahil Babayev və Dərya Yanık imzalayıblar.

Son xəbərlər

Orphus sistemi