Yuxarı
    Bağlamaq

    ​Yasamal və Suraxanı rayonları üzrə TSEK-lərin yeni binalarının açılışı olub

    Natiq Məmmədov: Əvvəllər TSEK-lər qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yasamal rayonu üzrə 1 saylı və Suraxanı rayonu üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) üçün yeni inzibati binalarının açılışı olub. "Report"un xəbərinə görə, açılışda çıxış edən nazir müavini Natiq Məmmədov deyib ki, əvvəllər də TSEK-lər özlərinin daimi inzibati binaları olmadığından müxtəlif ünvanlarda, ayrı-ayrı qurumların balansında olan binalarda pərakəndə şəkildə yerləşərək qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər. Həmçinin, müasir ekspertiza avadanlıqlarına ehtiyacları olub. Bu da vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında, komissiyanın normal fəaliyyətində, ekspertiza müayinələrinin aparılmasında çətinliklər yaradırdı.

    Artıq bu çətinliklər aradan qaldırılır və aparılan müvafiq işlər nəticəsində TSEK-lər nazirliyin müvafiq bölgələr üzrə yerli strukturlarının fəaliyyət göstərdiyi yeni inzibati binalarda müasir iş şəraiti, ekspertiza cihazları, məişət avadanlıqları ilə təmin olunurlar. Son bir neçə ayda artıq nazirliyin bugünkü komissiyalar da daxil olmaqla 12 bölgə üzrə TSEK-i yeni inzibati binada müasir iş şəraiti ilə təmin edilib. Qısa müddətdə bütün TSEK-lərin belə iş şəraiti ilə təmin olunmaları həyata keçiriləcək.

    Tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılmasından, yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən də söz açılıb. Qeyd olunub ki, bu yeni sistem əlillik müayinələrinin aparılmasına, eləcə də aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təminatına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

    Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və müayinə avadanlıqlarına baxış olub, komissiyaların kollektivlərinə müvafiq tapşırıqlar verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi