Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan ailə ilə görüşüblər.
Sosial müdafiə
23 Dekabr , 2020 19:53
Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan ailə ilə görüşüblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir. Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib.

Son xəbərlər

Orphus sistemi