Tərcümə Mərkəzi tərcüməçilərin sertifikatlaşdırılması üçün seçim turları elan edib

Tərcümə Mərkəzi tərcüməçilərin sertifikatlaşdırılması üçün seçim turları elan edib Bakı. 29 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədilə) üzrə seçim turları təşkil edir.
Sosial müdafiə
29 Yanvar , 2018 14:00
Tərcümə Mərkəzi tərcüməçilərin sertifikatlaşdırılması üçün seçim turları elan edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədilə) üzrə seçim turları təşkil edir.

Mərkəzdən "Report"a verilən məlumata görə, turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər fevralın 20-dək Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil və CV tələb olunur.  

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.

Son xəbərlər

Orphus sistemi