Yuxarı

Azərbaycanda tələbə və şagirdlərin təqaüdləri artırılıb

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi