Təhsil Nazirliyinin nəzdində yaradılan De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi tərəfindən dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı bir sıra tədbirlər keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində 29 uşaq ailələrə verilib.