Təhsil naziri Ucarda vətəndaşları qəbul edib

Təhsil naziri Ucarda vətəndaşları qəbul edib Qəbulda 33 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb
Sosial müdafiə
2 Oktyabr , 2015 18:44
Təhsil naziri Ucarda vətəndaşları qəbul edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün təhsil naziri Mikayıl Cabbarov Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 33 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi