"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirilib Talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə nazirlik əməkdaşları qan veriblər
Sosial müdafiə
16 Aprel , 2015 12:11
Talassemiyasız həyat naminə proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər. Bu barədə "Report"a Fonddan məlumat verilib.

Müəyyən olunan qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.

Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirinin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi