Tahir Budaqov: "Ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib"

Tahir Budaqov: "Ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib" Bakı. 12 aprel. REPORT.AZ/ 2003-cü ilin IV rübündən 2017-ci ilin sonunadək ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yerləri yaradılıb.
Sosial müdafiə
12 Aprel , 2018 11:31
Tahir Budaqov: Ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib

Bakı. 12 aprel. REPORT.AZ/ "2003-cü ilin IV rübündən 2017-ci ilin sonunadək ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yerləri yaradılıb".

“Report” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, bunun nəticəsi olaraq, bu ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər, məşğul əhalinin sayı 4822,1 min nəfər olub və 2003-cü illə müqayisədə iqtisadi fəal əhali 16,0 faiz, məşğul əhalinin sayı isə 21,4 faiz artıb: “İqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 2003-cü ildə 70,3 faiz olmuşdursa, bu göstərici 2017-ci ildə 75,8 faiz təşkil edib”.

Komitə sədri əlavə edib ki, keçən il ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfərə çatıb və ölkənin miqrasiya saldosu da müsbət olaraq qalır: “Belə ki, ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil edib”.

Son xəbərlər

Orphus sistemi