Dövlət Agentliyi: "600-dan çox internat məzununa mənzillər verilib"

Dövlət Agentliyi: "600-dan çox internat məzununa mənzillər verilib" Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir. Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - “
Sosial müdafiə
6 İyul , 2022 17:41
Dövlət Agentliyi: 600-dan çox internat məzununa mənzillər verilib

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir.
Bir neçə il əvvəl Abşeron rayonunda 3 yaşayış binasından ibarət mühüm sosial layihə - “Məzun evi” sosial xidmət müəssisəsi layihəsi həyata keçirilib ki, bu mənzillər də internat məzunlarına təqdim edilib.

Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildiirlib ki, Agentlik “Məzun evi”ndə 360-dan çox mənzili məhz internat məzunlarına təqdim edib.

2021-ci ildən də bu tədbirlər davam etdirilib. Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərə mənzillər təqdim edir. Bu müddət ərzində Abşeron rayonundakı yaşayış kompleksində 200-dən çox, ümumilikdə isə 600-dan çox internat məzununa mənzillər təqdim edilib və bu proses hazırda da davam etdirilir. Bu isə öz növbəsində dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi