Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna məlumat verilib ki, Sumqayıtda 14 292 nəfər şəkərli diabet xəstəsi var.
Bu xəstələrdən 1 539 nəfəri I tip, 12 753 nəfər isə II tip şəkərli diabet xəstələridir.