Süleyman İsmayılov: “Dövlət qulluğunda 65 və yuxarı yaşda olanların sayı cəmi 1,2 faiz təşkil edir”

Süleyman İsmayılov: “Dövlət qulluğunda 65 və yuxarı yaşda olanların sayı cəmi 1,2 faiz təşkil edir” “Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi də get-gedə cavanlaşır”
Sosial müdafiə
23 İyun , 2015 12:08
Süleyman İsmayılov: “Dövlət qulluğunda 65 və yuxarı yaşda olanların sayı cəmi 1,2 faiz təşkil edir”

Bakı. 23 iyun. REPORT.AZ/ “Hazırda Azərbaycan Respublikasının dövlət qurumlarında 30 min 108 nəfər dövlət qulluqçusu çalışır və onların 28,5 faizi qadınlardır. Dövlət qulluqçularının sayı əvvəlki ilə nisbətən bir qədər artıb ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov özünün “Dövlət qulluqçusunun ən vacib keyfiyyəti məsuliyyət hissidir” başlıqlı məqaləsində yazıb.

O bildirib ki, Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi də get-gedə cavanlaşır: “Daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da öz müsbət nəticəsini göstərir. Dövlət qulluğunda 30 yaşına qədər olanlar 16,7 faiz, 30-34 yaşda olanlar 14,5 faiz, 35-44 yaşda olanlar 25,8 faiz, 55-62 yaşda olanlar 16,9 faiz, 63-64 yaşda olanlar 2,6 faiz, 65 və yuxarı yaşda olanların sayı isə cəmi 1,2 faiz təşkil edir. Dövlət qulluqçularının tərkibinin keyfiyyət dəyişikliklərindən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti, xüsusilə inzibati vəzifələrdə çalışanların hamısı ali təhsillidir və onların bir çoxunun 2-ci və 3-cü ali təhsilləri də var. Müsbət hal kimi qeyd etməliyik ki, dövlət qulluqçularının sayında qadınların faizi əvvəlki illərə nisbətən get-gedə artır”.

Son xəbərlər

Orphus sistemi