Sosial xidmət sahəsində rəqabət qabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartları hazırlanacaq.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramında qeyd olunub.
Sənədə əsasən, əsas icraçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən olunub. Digər icraçı qurumlar isə Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təyin edilib.
Standartların hazırlanması 2024-2025-ci illər ərzində nəzərdə tutulub. Həmin müddətdə “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartlarının layihələrinin hazırlanması nəzərdə tutulur. Yekunda həmin standartlar təsdiq ediləcək.