Sosial xidmət sahəsində təlim keçən iştirakçılara sertifikatlar təqdim edilib

Sosial xidmət sahəsində təlim keçən iştirakçılara sertifikatlar təqdim edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi silsilə təlimlərə yekun vurub
Sosial müdafiə
20 Aprel , 2017 16:48
Sosial xidmət sahəsində təlim keçən iştirakçılara sertifikatlar təqdim edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət işçilərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün keçirilən silsilə təlimlərə yekun vurulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsi çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Avropa İttifaqının dəstəyi ilə və Avstrya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsinin artıq yekunlaşmaqda olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, 01 iyun 2015-ci ildən icra olunan bu layihə sosial xidmətlər sahəsində qanunvericiliyin və institutsional mexanizmlərin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması məqsədinə yönəlib.

Bildirilib ki, layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələrində mütərəqqi dünya təcrübəsinə uyğun “sosial iş” modelinin tətbiqi ilə əlaqədar işlər aparılır. Bu model sosial işçilər tərəfindən sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmət göstərilməklə yanaşı, onların problemlərinin həlli, sosial xidmətlərə əlçatanlığının təmin edilməsi və cəmiyyətə inteqrasiyası, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur.

Qeyd olunanlara əsasən, layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial iş” modeli əsasında təkmilləşdirilməsidir. Bununla əlaqədar, sosial xidmət işçilərinin qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədilə “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər” və “Ailələr və uşaqlar” mövzularında silsilə təlimlər keçirilib. İştirakçıların bilik və təcrübələrinin artırılmasında mühüm rol oynayan bu təlimlərə artıq yekun vurulur.

Tədbir təlimlərin 25 nəfər iştirakçısına sertifikatların verilməsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi