Sosial müdafiə naziri: "İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi cəzalandırılacaq"

Sosial müdafiə naziri: "İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi cəzalandırılacaq" "Bütün xidmətlərin rəisləri nəticə çıxartmalıdırlar"
Sosial müdafiə
27 Noyabr , 2015 21:41
Sosial müdafiə naziri: İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi cəzalandırılacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ "İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaq".

"Report" xəbər verir ki, bunu Beyləqanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

"Dünən işdən azad edilənlərdən biri də, Beyləqan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Malik Mahmudov olub. Bu gün də, rayonda keçirilən qəbulda bir daha əmin oldum ki, verilən qərar haqlı qərardır. Bütün xidmətlərin rəisləri bundan nəticə çıxartmalıdırlar. Bilməlidirlər ki, lazım olan məlumatlar bizə daxil olur. Bundan sonra da, işində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaqlar", - deyə nazir diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi kollegiya iclasında 4 nəfər rəhbər şəxs tutduğu vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi