Yuxarı

Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Verilən adlar arasında Ayan, Ayxan, Aylin, Uğur kimi adlar çoxalıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib.

"Report" Ədliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.

Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb.

Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.

Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir.

Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.

Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi