Son iki ayda 7,7 min şəxsə əlillik təyin olunub

Son iki ayda 7,7 min şəxsə əlillik təyin olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edilib.
Sosial müdafiə
14 Mart , 2023 10:00
Son iki ayda 7,7 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi