Yuxarı
    Bağlamaq

    ​Son beş ildə Azərbaycanda uşaqlara daha çox hansı dini adların verildiyi açıqlanıb - SİYAHI

    Oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib

    Bakı. 21 aprel. REPORT.AZ/ Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.

    "Report" Ədliyyə Nazirliyinə istinadən son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edir.

    Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib.

    Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), Hüseyn (11 992), Əli (11 783), Zeynəb (7 859), Ömər (7 620), Məhəmməd (7 495), Xədicə (6 197), Məryəm (5 649), İbrahim (4 962), Amin (2 554), Adəm (1 361), Həsən (3 558), İsmayıl (3 296), Mehdi (2 310), Aişə (1 579) kimi adlar üstünlük təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi