Yuxarı

Son 8 ildə 1 682 nәfәr Azərbaycan vәtәndaşlığına qәbul edilib

Bu gün daha 45 şәxs Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dövlәt Miqrasiya Xidmәtindә (DMX) Azәrbaycan vәtәndaşlığına qәbul vә bәrpa edilən şәxslәrin tәntәnәli andiçmә mәrasimi keçirilib.

Xidmətdən "Report"a verilən məlumata görə, tədbirdə bildirilib ki, ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində bir sıra ciddi addımlar atılıb, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Mәhz bu amillәr Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-­ilә artmasına, hәmçinin vaxtilә respublikanı tәrk edib, digәr dövlәtlәrә getmiş Azәrbaycan vәtәndaşlarının da geri qayıtması meyllәrinә müsbәt tәsir edib.

Görüşdә vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı Azərbaycanda görülən işlәrә dә nәzәr salınıb. Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin ölkə vәtәndaşlığına qәbul və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiqləyən sәnәdlәrlә tәmin edilib.

Tədbirdə vәtәndaşlığa qәbul edilən 45 şәxs Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi