Son 4 ildə özünüməşğulluq proqramına cəlb edilən ailələrin sayı açıqlanıb

Son 4 ildə özünüməşğulluq proqramına cəlb edilən ailələrin sayı açıqlanıb “Ümumilikdə son 4 ildə 49 min ailə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik ailə təsərrüfatlarını və kiçik müəssisələrini yaradıb”.
Sosial müdafiə
6 May , 2022 02:19
Son 4 ildə özünüməşğulluq proqramına cəlb edilən ailələrin sayı açıqlanıb

“Ümumilikdə son 4 ildə 49 min ailə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik ailə təsərrüfatlarını və kiçik müəssisələrini yaradıb”.

“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, ölkədə aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir: “Özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. 2021-ci ildə 16 232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çoxdur”.

Son xəbərlər

Orphus sistemi