Son 4 ildə DSMF-nin xərcləri 49% artıb

Son 4 ildə DSMF-nin xərcləri 49% artıb "Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 5,92 milyard manatdır ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49% artım deməkdir".
Sosial müdafiə
29 Dekabr , 2021 11:36
Son 4 ildə DSMF-nin xərcləri 49% artıb

"Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 5,92 milyard manatdır ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49% artım deməkdir".

"Report" xəbər verir ki, bunu Fondun Himalay Məmişov 2021-ci il ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"O cümlədən son 4 ildə pensiya xərcləri 40% artaraq 4,591 milyard manat olub, müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat, təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat, məcburi dövlət sosial sığorta xərcləri isə 32% artaraq 125 milyon manat olub", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi