Yuxarı
    Bağlamaq

    ​Son 3 ayda 40 min nəfərə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib

    Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər

    Bakı. 16 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə cari ilin martın 1-dək 39 281 nəfər vətəndaşa iş yerinə dair elektron arayış verilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Vətəndaşlar "İş yerinə dair arayış" elektron xidmətindən istifadə etməklə, iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilərlər. Bunun üçün işəgötürənə müraciət edilməsinə artıq ehtiyac qalmır. İş yerinə dair verilən elektron arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar da əhatə olunur. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər.

    Xatırladaq ki, sistemdə əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı formalaşan dolğun məlumat bazası əsasında "İş yerinə dair arayış" elektron xidməti istifadəyə verilib ki, hazırda bu e-xidmət vətəndaşların "Elektron hökumət" portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlərdən biridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi