Bakı. 3 mart. REPORT.AZ/ Son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib.
“Report”un məlumatına görə son illər Möminə Xatun türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya olunub, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh türbələri, “İmamzadə”, muxtar respublika ərazisindəki Buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı şəkildə bərpa olunub.
Hazırda isə Əlincə qalasında və Gülüstan türbəsində bərpa işləri aparılır.