Yuxarı

SOCAR qaçqın və məcburi köçkünlərə yardım aparıb

Aksiya 28 May və 15 İyun bayramları münasibəti ilə həyata keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 28 May - Respublika Günü və 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə qaçqın və məcburi köçkünlərə ərzaq yardımı edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. Bura düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

"SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, əmin olduqlarını bildiriblər ki, Azərbaycanda aparılan daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq", - deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi