Siyəzən və Şabran rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib

Siyəzən və Şabran rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb
Sosial müdafiə
29 Yanvar , 2016 13:13
Siyəzən və Şabran rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Siyəzən və Şabran rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri fərdi yaşayış evləri ilə təmin edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirlik 3 ədədi Siyəzən, 5 ədədi Şabran rayonunda olmaqla, daha 8 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir: "Bunun əməli təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12 rayonda fərdi yaşayış evləri, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzillər, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Ümumilikdə ötən il nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib".

Yeni mənzillərlə təmin olunan vətəndaşlar həmişə diqqət və qayğı ilə əhatə olunduqlarını bildiriblər. Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Son xəbərlər

Orphus sistemi