Yuxarı

​Siyavuş Novruzov: “Özəl müəssisələrdə işçilərin sayı gizlədilir”

“Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, bu zaman o, dəmir parçasından başqa bir şey olmayacaq”

Bakı. 20 noyabr. REPORT.AZ/ “Əsas bankomat deyil, əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

“Burada həmkarlarım deyirlər ki, dağ-aran kəndlərində bankomat quraşdırılsın. Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun. Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, bu zaman o, dəmir parçasından başqa bir şey olmayacaq. Ortada gərək bir şey ola ki, sən onu götürəsən də. Gedək indi bütün dağ kəndlərinə, ucqar yerlərə bankomat quraşdıraq. Bunun mənası nədir? O baxımdan hesab edirəm ki, buna yanaşma tərzini dəyişmək lazımdır. Vətəndaşlarımızın bankomatlardan pul götürməyə kifayət qədər vəsaitləri olmalıdır”- deyə, o fikirlərinə əlavə edib.

O, həmçinin qeyd edib ki, dövlət idarələrini çıxmaq şərtilə, özəl müəssisələrdə sosial sığorta haqlarının yığımında problemlər var: “Bu isə həm vergilər, həm də sosial sığorta haqlarının yığımında müəyyən nöqsanlara səbəb olur. İşçilərlə əmək müqaviləsinin bağlanılmaması pensiya və sosial müavinətlərin ödənilməsinə problemlər yaradır. Özəl müəssisələrdə işçilərin sayı gizlədilir, onlarla əmək müqaviləsi bağlanılmır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi