Şirvanda uşaqlar hüquqlarına həsr olunan regional konfrans keçirilib

Şirvanda uşaqlar hüquqlarına həsr olunan regional konfrans keçirilib Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Şirvan şəhərində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.
Sosial müdafiə
13 May , 2023 14:58
Şirvanda uşaqlar hüquqlarına həsr olunan regional konfrans keçirilib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Şirvan şəhərində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.

Nazirliyin Mətbuat xidmətindən “Report”a bildirilib ki, şəhər Polis Şöbəsinin inzibati binasında keçirilən konfransda polis əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev azyaşlıların sağlam mühitdə tərbiyə olunmasının, gələcəyin peşəkar kadrları və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələrinin vacibliyindən danışıb.

O söyləyib ki, bəzi bölgələrdə yeniyetmələrin təhsildən yayındırılma, erkən nikaha daxil olmaları, eləcə də azyaşlıların zərərli vərdişlərə meylilik kimi neqativ hallarla qarşılaşırıq. Bu kimi halların qarşısının alınması istiqamətində mübarizəni daha səmərəli təşkil etmək üçün təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir üzvü fəal iştirak etməli, öz barışmaz mövqeyini nümayiş etdiməlidir. Mütəmadi olaraq təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilməli, şagirdlərə təhsilləri barədə tövsiyələr verilməli, həmçinin onlara internet resurslarından və sosial şəbəkələrin imkanlarından daha faydalı məlumatların əldə edilməsi üçün səmərəli istifadə etmələri izah edilməlidir.

Daha sonra çıxış edən digər qurumların nümayəndələri, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik və beynəlxalq normativ hüquqi aktlar əsasında həyata keçirdiyini, təşkil olunan tədbirin vacibliyini diqqətə çatdırıblar.

Tədbir müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, bir sıra təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi