Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılacaq

Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılacaq Layihə hazırdır
Sosial müdafiə
19 Sentyabr , 2017 15:24
Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) və “Turizm haqqında” qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi sonuncu - üçüncü oxunuş üçün demək olar ki, hazırdır.

H.Rəcəbli qeyd edib ki, “Turizm haqqında” qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: “Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq”.

Qeyd edək ki, Milli Məclis bu ilin may ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Son xəbərlər

Orphus sistemi